BƏƏdən xaricə pul köçürmələri təqribən 40 milyard dirhəm təşkil edib


Dünya 13 Mar 2019 21:53:00 188 0

BƏƏdən xaricə pul köçürmələri təqribən 40 milyard dirhəm təşkil edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankının statistik göstəricilərinə görə, 2018-ci ilin dördüncü rübü ərzində BƏƏ-dən pul köçürmələrinin həcmi 39,9 milyard dirhəm təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz azdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə 9,5 milyard dirhəm pul köçürmələri banklar vasitəsilə, 30,4 milyard dirhəm isə pul mübadiləsi ilə məşğul olan şirkətlər vasitəsilə göndərilib.