Kaliforniya qubernatoru ölüm hökmünün icrasına moratorium qoymağa hazırlaşır


Dünya 13 Mar 2019 21:44:00 326 0

Kaliforniya qubernatoru ölüm hökmünün icrasına moratorium qoymağa hazırlaşır

Kaliforniya qubernatoru Qevin Nyusom bu gün ştatda ölüm hökmünün icrasına moratorium elan etmək niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nyusom ölüm hökmü verilmiş şəxslərin edam cəzasının icrasının təxirə salınması barədə fərman imzalamağı planlaşdırır. Bundan əlavə, Kaliforniyanın San-Kventin burnundakı həbsxanada edam cəzası üçün kameralar bağlanacaq və ölümcül inyeksiyaların normaları ləğv olunacaq.

Bu addım mahiyyət etibarilə simvolik məna daşıyır, belə ki, 2006-cı ildən Kaliforniya ştatında edam baş vermir. Ölüm hökmləri davam edən məhkəmə çəkişmələri, o cümlədən öldürücü inyeksiyalar üçün istifadə edilən bəzi preparatların yolverilməzliyi səbəbindən icra olunmur.

Qəzetin məlumatına əsasən, hazırda Kaliforniyada ölüm hökmünü gözləyən 737 məhkum var.