Efiopiyadakı qəzadan sonra "Boeing" 26,6 milyard dollar itirib


Dünya 13 Mar 2019 21:20:00 230 0

Efiopiyadakı qəzadan sonra "Boeing" 26,6 milyard dollar itirib

Efiopiyada "Boeing 737 Max 8" təyyarəsinin qəzaya uğramasından sonra Amerikanın "Boeing" kompaniyasının bazar kapitalı 26,6 milyard dollar azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 12-də Nyu-Yorkun fond birjasında (NYSE) keçirilən hərracların nəticəsinə əsasən, kompaniyanın aksiyaları 6,15 faiz ucuzlaşaraq 375,41 dollara enib. Son iki gün ərzində bu göstərici 11 faizdən çox olub. Martın 8-də aksiyaların qiyməti 422,54 dollar təşkil edirdi.

Beləliklə kompaniyanın kapitalı iş həftəsinin əvvəlindən bəri 26,6 milyard dollar aşağı düşərək 212,1 milyardadək azalıb. Martın 8-də keçirilən hərraclarda onun kapitalı 238,7 milyard dollar idi.