Tacikistan "Google" şirkətini vergiyə cəlb edə bilər


Dünya 13 Mar 2019 21:26:00 279 0

Tacikistan "Google" şirkətini vergiyə cəlb edə bilər

Tacikistan vətəndaşlarına elektron xidmət göstərən xarici şirkətlər, o cümlədən "Google" vergiyə cəlb oluna bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tacikistanda bununla bağlı hazırlanan qanun layihəsi hazırda aidiyyəti dövlət qurumlarında razılaşdırılır. Sənəd qəbul olunarsa, həmin şirkətlər və "Google" Tacikistanın vergi orqanlarına hesabat təqdim etməli, əlavə dəyər vergisi ödəməlidir.