Mingəçevirdə dördmərtəbəli yaşayış binasında qaz balonu alışıb


Digərləri 13 Mar 2019 20:52:00 234 0

Mingəçevirdə dördmərtəbəli yaşayış binasında qaz balonu alışıb

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı. Mingəçevirdə dördmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin eyvanında həcmi 5 litr olan məişət qaz balonunun alışması nəticəsində eyvanın lambirindən ibarət üzlüyü 6 kv.m sahədə və pəncərə çərçivəsi yanıb.