Avropada peyvənd olunmayan uşaqlarla bağlı QƏRAR:


Dünya 13 Mar 2019 19:54:00 196 0

Avropada peyvənd olunmayan uşaqlarla bağlı QƏRAR:

Avropada uşaqların peyvəndlənməsi ilə bağlı məsələ ciddi şəkildə gündəmə gəlib. Hətta İtaliyada peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı yeni qərar martın 12-i qüvvəyə minib.

Qeyd olunur ki, hər hansı bir uşağın valideyni onun peyvənd olunduğunu təsdiq edə bilməsə, 500 avro məbləğində cərimə olunacaq.