Nazir müavini: "Sosial təminat sisteminin bütün sahələrində bu xidmətlər tətbiq olunacaq"


Digərləri 13 Mar 2019 19:57:00 223 0

Nazir müavini: "Sosial təminat sisteminin bütün sahələrində bu xidmətlər tətbiq olunacaq"

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin qurulması vətəndaşların sosial təminat hüquqlarının onların əyani müraciətləri olmadan elektron qaydada reallaşdırılması, sosial təminat sahəsində proaktiv xidmətlərin təşkili istiqamətində ilk addımdır.

Əsas hədəf bu kimi xidmətlərin əhatə dairəsini sosial təminat sisteminin bütün həlqələri üzrə genişləndirməkdir.

Son.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir müavini Anar Kərimov Dünya Bankının ölkəmizdə səfərdə olan "Azərbaycanın pensiya sisteminə texniki yardım" missiyası ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq pensiyaların avtomatlaşdırılmış mexanizminin qurulmasının bu sahədə şəffaflığa, vətəndaş rahatlığına və məmnunluğuna imkan yaratdığını vurğulayıb. A.Kərimov növbəti mərhələ kimi yaxın vaxtlarda əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarının da elektron qaydada həyata keçiriləcəyini bildirib.


Xəbərə aid fotolar