Övladını rus bölməsinə qoyanların nəzərinə!


Digərləri 13 Mar 2019 19:44:00 175 0

Övladını rus bölməsinə qoyanların nəzərinə!

Xəbər verdiyimiz kimi, bu gündən etibarən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov rus bölməsini seçən valideynlərin qarşılaşdığı bir neçə problemi vurğulayıb. Bildirib ki, keçən il 15 032 şagird rus bölmələrində təhsil almaq hüququ qazanmışdı, ancaq bu il rəqəm yüksək olsa, xeyli fəsadlar yaranacaq:

"Yəni 4500 məktəbin birinci sinifində 15 min yer var. Bundan sonra sistemdə yer yox idi. İndi birdən 50 min valideyin müraciət edib təsdiq alsa, 50 min şagird necə yerləşəcək? Hansı faktora üstünlük veriləcək? Təhsil Nazirliyində qohumu, dostu, tanışı işləməsi meyarı əsas götürüləcək?

Tam əksinə də ola bilər. Birdən 15 min olmadı, oldu 10 min, o zaman kifayət qədər rus bölməsində dərs deyən müəllim işini itirəcək. Çünki sinif komplekti formalaşmayacaq. Və ya birdən-birə 50 min uşaq müsabiqədən keçsə, sizin o qədər əlavə müəlliminiz varmı?"

Ekspertin sözlərinə görə, müsahibədən keçən uşaqlar üçün məktəblərdə boş yer qalmaya bilər: