SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələri tikəcək


Digərləri 13 Mar 2019 17:37:00 292 0

SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələri tikəcək

"SOCAR Energy Switzerland" İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb.

Son.az Trend-ə istinadən bildirir ki, SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur.

Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir.