SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələri tikəcək


Digərləri 13 Mar 2019 17:23:00 268 0

SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələri tikəcək

SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələrinin tikintisi üçün tenderin qalibi olub

Bakı. “SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb. SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir.