Nazir müavini: "Azərbaycanda informatika müəllimlərinin ixtisaslaşmasını artırmaq lazımdır"


Digərləri 13 Mar 2019 15:53:00 201 0

Nazir müavini: "Azərbaycanda informatika müəllimlərinin ixtisaslaşmasını artırmaq lazımdır"

"Azərbaycanda orta məktəblərdə informatika tədrisinin səviyyəsini və bu fənn üzrə müəllimlərin ixtisaslaşmasını artırmaq lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində keçirilən VI Regional İnternet İdarəçilik Forumunda deyib.

Nazir müavininin sözlərinə görə, internet cinayətkarlığı və virusları ilə mübarizə məktəb vaxtlarından tədris olunmalıdır.