Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Yevgeni Knyazevin monotamaşası təqdim olunacaq


Digərləri 13 Mar 2019 15:37:16 189 0

Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Yevgeni Knyazevin monotamaşası təqdim olunacaq

Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin «Qaratoxmaq qadın» povestinin motivləri əsasında monotamaşası təqdim olunacaq.

Bakı. Aprelin 16-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin «Qaratoxmaq qadın» povestinin motivləri əsasında monotamaşası təqdim olunacaq. Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, Y.Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda «Qaratoxmaq qadın» tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf müqabillərindən imtina edir və «Qaratoxmaq qadın»ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.