Türkiyə mətbuatının diqqətinə səbəb olan azərbaycanlı kimdir? VİDEO


Digərləri 13 Mar 2019 07:48:00 242 0

Türkiyə mətbuatının diqqətinə səbəb olan azərbaycanlı kimdir?  VİDEO

Azərbaycan vətəndaşı Sivas Quliyevin Türkiyənin Sivas şəhərinə səfəri yerli medianın, ictimaiyyətin diqqətini çəkib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Qafqaz İslam Ordusunun Sivasdan olan şəhid olan əsgərlərinin xatirəsini yaşatmaq üçün ona 64 il əvvəl Sivas adı qoyulub. 

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist, Sivas Quliyevin dostu Elnur Eltürk  verib.

Sivas Quliyev yerli televiziyaya açıqlamasında 1954-cü ildə Azərbaycanda anadan olduğunu bildirib. 

"Sivası yuxularımda görürdüm. 64 ildir ki, xəyallarımla,yuxularımla Sivasa gəlirdim. Mənə bu ad atam tərəfindən qoyulub. Atam çoğrafiya müəllimi idi.  Tariximizi çox yaxşı bilirdi. 1918-ci ildə Azərbaycanın vətənimizə Qafqaz İslam Ordusunun tərkibində sivaslı əsgərlər də olub. Onlarda Azərbaycanın azadlığı uğrunda şəhid olublar.   Atam onların  xatirəsinə yaşatmaq üçün mənə Sivas adını qoyub.  Bundan qürur duyuram.