Yadplanetli gəmi sərnişin təyyarəsini belə izlədi VİDEO


Digərləri 13 Mar 2019 07:35:00 259 0

Yadplanetli gəmi sərnişin təyyarəsini belə izlədi  VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşılan video çarx bütün dünyanın marağına səbəb olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, bir sıra ufoloq və mütəxəssislər bu video çarxın yadplanetlilərin mövcudluğuna dair növbəti dəlil kimi təqdim ediblər.

Video çarx 8 mart tarixində sərnişin təyyarəsində lentə alınıb. Sərnişinlərdən biri qəflətən pəncərədən qeyri-adi, diskəbənzər, metal rəngli obyekt görür. Sərnişin baş verənləri telefonun yaddaşına köçürür və internetə yükləyir.

Kadrlardan da göründüyü kimi, hava gəmisi təyyarəni müşayət edir. Diqqətlə baxanda isə yadplanetli gəminin yuxarı hissəsinin günəş şüaları altında parıldadığı, aşağı hissəsinin isə kölgə ilə örtülü olduğu görünür.

Sirli gəmini sərnişinlərin bir çoxu görüb. Amma onlar baş verənlərə rasional bir izah tapa bilməyiblər. Bəziləri gördüklərindən qorxsa da, xoşbəxtlikdən UNO qısa müddət ərzində yoxa çıxıb.