2018ci ildə ən çox turist qəbul edən ÖLKƏLƏRİN SİYAHISI


Digərləri 13 Mar 2019 07:21:00 246 0

2018ci ildə ən çox turist qəbul edən ÖLKƏLƏRİN SİYAHISI

Hər il milyonlarla insan dünyanın dörd bir tərəfini gəzərək yeni məkanlar, yeni mədəniyyətlərlə tanış olurlar.

Son.az ölkə.az-a istinadən 2018-ci ildə ən çox səfər edilən ölkələrin siyahısını təqdim edir.

1. Fransa - 82.6 milyon turist

Parisdə ən çox Eyfel qülləsi, Sen-Trope, Chamonix və Versal sarayına səfər edilib.

2. İspaniya - 75.6 milyon turist

Turistlər İspaniyada daha çox Elhamra, Kordova, Barselonadakı Saqrada Familia və İbiza adasına baş çəkiblər.

3. Amerika Birləşmiş Ştatları - 75.6 milyon turist

ABŞ-da turistlər ən çox Böyük Kanyon, Manhetten, Yelloustoun Milli Parkı və San-Fransisko şəhərindəki Qolden Qeyt körpüsünə maraq göstəriblər.

4. Çin - 59.3 milyon turist

Turistlər daha çox Terrakota ordusu, Pekindəki Qadağan olunmuş şəhər, Quilindəki Li çayına maraq göstəriblər.

5. İtaliya - 52.4 milyon turist

İtaliyaya səfər edən turistlər daha çox Romadakı Kolizey, Venesiyadakı Böyük Kanal, Florans kilsəsi və Pompeyi üstün tutublar.


Xəbərə aid fotolar