Avropada orqan donorlarının sayına görə İtaliya qadınları birinci yerdədir


Dünya 13 Mar 2019 07:00:00 234 0

Avropada orqan donorlarının sayına görə İtaliya qadınları birinci yerdədir

İtaliyanın Milli Transplantasiya Mərkəzinin yaydığı məlumata əsasən orqan donorluğuna görə italiyalı qadınlar sayca Avropada birinci yerdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın məlumatına əsasən Avropada donorların sayında qadın donorlar 58 faiz təşkil edir. İtaliyada isə orqan donorlarının 70 faizi qadınlardır.

Dərman Vasitələrinin Keyfiyyəti və Səhiyyə üzrə Avropa Direktoratının (DVKSAD) məlumatına görə İspaniyada bu göstərici 65 faiz, Böyük Britaniya və Türkiyədə 55 faiz, Fransada 48 faiz təşkil edir.