Səudiyyə Ərəbistanında ilk konservatoriya açılacaq


Dünya 13 Mar 2019 01:30:00 257 0

Səudiyyə Ərəbistanında ilk konservatoriya açılacaq

Səudiyyə Ərəbistanı ölkədə ilk konservatoriya binasını inşa etməyi planlaşdırır. Bunu Krallığın Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki Al əş-Şeyx bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, "Əl-Ərəbiyyə" telekanalının efirində deyib: "Mən təbəələr üçün qeyri-adi sürprizi elan etmək istərdim. Mədəniyyət Şurası konservatoriyanın tikintisinə və açılışına tezliklə icazə verilməsi imkanlarını öyrənir". Doğrudur, Turki Al əş-Şeyx layihənin müddətini və dəyərini açıqlamayıb.

Bundan sonra sosial şəbəkələrdə islahat tərəfdarları ilə mühafizəkarlar arasında mübahisələr başlayıb. Əsasən gənclərdən ibarət islahat tərəfdarları hesab edirlər ki, bu təşəbbüsün vaxtı çoxdan çatıb və o, Krallığın inkişafında irəliyə doğru atılmış addım olacaq. Onların opponentlərinin, yaşlı nəslin nümayəndələrinin fikrincə, musiqi təhsilinin dəstəklənməsi islam normalarını pozur. Onlar düşünürlər ki, konservatoriya yerinə daha çox ilahiyyat məktəbləri və Quran kursları açmaq lazımdır.

Musiqi savadı Krallığın orta və ali məktəblərinin çoxunda hələ də məcburi dərs proqramına daxil deyil. Daha mühafizəkar bölgələrdə ali məktəblərin rəhbərliyi musiqinin qadağan edilməsi barədə fitvaları rəhbər tutur və onlara riayət edir.