İnsanların ən pisi olmamaq üçün bu xislətdən uzaq olmalı


Digərləri 12 Mar 2019 22:40:00 232 0

İnsanların ən pisi olmamaq üçün bu xislətdən uzaq olmalı

Quran və hədislərimiz söz gəzdirməyin rəzil sifət olduğunu vurğulayaraq, ona görə əzab veriləcəyi barədə xəbərdarlıq edirlər.

"Allahın (tövhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır". ("Rəd" 25).

Hər kim söz gəzdirər - yer üzündə fəsad törədənlərin cərgəsinə qoşulur. O, möminlər arasında olan ülfət və məhəbbəti zəiflədər, düşmənçilik toxumları əkər. Ona görə də Allah bu cür insanları lənətləmişdir.

İmam Sadiq (ə) buyurur: "Sehrin ən böyük qismi - söz gözdirməkdir ki, onun vasitəsilə dostlar arasına ayrılıq salar. Eyni rəngdə olan insanlar arasında səfa yerinə, düşmənçilik qərar verər. Söz gəzdirməyə görə qanlar tökülər. Evlər viran olar. Eyiblər kəşf olar. Söz gəzdirən ən pis kəsdir ki, yer üzündə yol gedər".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Sizə ən pislərinizdən xəbər verimmi? O kəs ki, söz gəzdirər, dostlar arasına ayrılıq salar və pak insanlar üçün eyiblər axtarar".