Berlinin mövqeyini Merkel yox, Anneqret açıqlayıb


Dünya 12 Mar 2019 22:17:00 275 0

Berlinin mövqeyini Merkel yox, Anneqret açıqlayıb

Avropa İttifaqının yenidən qurulması barədə Berlinin mövqeyini kansler Angela Merkelin deyil, Xristian Demokrat İttifaqının (XDİ) başçısı Anneqret Kramp-Karrenbauerin şərh etməsi müşahidəçiləri təəccübləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu etməyə onu Fransa Prezidenti Emmanuel Makronun bütün Avropa İttifaqına ünvanlanmış açıq məktubu sövq edib. Məktubda Avropada qlobal islahatlar barədə düşünməyə çağırış olub. Xatırladaq ki, Makronun müraciəti Avropa İttifaqının üzvü olan bütün dövlətlərin aparıcı KİV-lərində dərc edilib.