Bakıda məktəbdə şagirdi döyən müəllim


Digərləri 12 Mar 2019 21:57:00 222 0

Bakıda məktəbdə şagirdi döyən müəllim

Hərbi hazırlıq müəllimi dərs zamanı şagirdi döyüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 30 saylı tam orta məktəbdə baş verib.

Məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi dərs zamanı şagirdlərdən birinin üz və bədənin müxtəlif nahiyyələrinə yumruqla vuraraq onu döyüb. Hadisənin başvermə anını isə sinifdə olan şagirdlərdən biri qeydə alaraq sosial şəbəkələrdə paylaşıb. Müəllimin şagirdi döyməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məktəbin müdir müavini Rauf Sultanzadə hadisənin həqiqətən dərs zamanı baş veridiyini təsdiqləyib.