Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə ailələrin köçürülməsi başa çatıb


Digərləri 12 Mar 2019 21:25:07 203 0

Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə ailələrin köçürülməsi başa çatıb

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə ailələrin köçürülməsi başa çatıb.

Bakı. Elçin Mehdiyev - Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə ailələrin köçürülməsi başa çatıb. Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib. İcra başçısı vurğulayıb ki, kənddə bütün sosial obyektlər, o cümlədən poçt, səhiyyə, təhsil müəssisələri tam gücü ilə əhaliyə xidmət göstərir. K.Həsənov onu da qeyd edib ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində kənddə istixana və arıçılıq təsərrüfatları yaradılıb və yaxın günlərdə həmin müəssisələrin açılışı gözlənilir.