Rusiya bankı Azərbaycanda kənd təsərrüfatına maliyyə yatırmaq istəyir


Digərləri 12 Mar 2019 16:54:00 232 0

Rusiya bankı Azərbaycanda kənd təsərrüfatına maliyyə yatırmaq istəyir

"Qazprombank" Azərbaycanda kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə bankın İdarə Heyətinin sədri Famil Sadıqov deyib.

Onun sözlərinə görə, söhbət kənd təsərrüfatı sahəsində istehsalat müəssisələrinin yaradılması və avtomobil yollarının tikintisi üzrə layihələrdən gedir.