Hindistan "Boeing 737"nin istismarına tələbləri sərtləşdirdi - Efiopiyadakı qəzadan sonra


Digərləri 12 Mar 2019 14:25:21 257 0

Hindistan "Boeing 737"nin istismarına tələbləri sərtləşdirdi - Efiopiyadakı qəzadan sonra

Hindistan "Boeing 737" təyyarələrinin istismarına tələbləri sərtləşdirib.

Bakı. Hindistan Mülki Aviasiya İdarəsi "Boeing 737 Max" təyyarələrinin istismarına tələbləri sərtləşdirib. Trend-in məlumatına görə, qərar Efiopiyada bu tip təyyarənin qəzaya uğramasından sonra qəbul edilib. Aviasiya tənzimləyicisinin qərarına əsasən, "Boeing 737 Max" təyyarələrini yalnız bu avialaynerlərdə ən azı min saat uçuş həyata keçirən pilotlar idarə edə bilərlər. İkinci pilot isə ən azı 500 saat uçuş icra etməlidir. Bundan başqa, təyyarənin istismarından əvvəl müəyyən sistemlərin əlavə yoxlanışı aparılacaq.