İş adamına qarşı dələduzluq edən şəxsin məhkəməsinə jurnalistlər buraxılmadı


Digərləri 12 Mar 2019 14:14:00 195 0

İş adamına qarşı dələduzluq edən şəxsin məhkəməsinə jurnalistlər buraxılmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nadir Əhmədli şifahi vəsatət qaldıraraq məhkəmənin media nümayəndələrinin iştirakı olmadan keçirilməsini istəyib. Vəsatət təmin olunub və jurnalistlər məhkəmə zalından çıxarılıb. Daha sonra iclas media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.