Polis Nardaranda əməliyyat keçirdi - Xəncər, balta və narkotik aşkarlandı


Digərləri 12 Mar 2019 12:54:00 222 0

Polis Nardaranda əməliyyat keçirdi - Xəncər, balta və narkotik aşkarlandı

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.

Bakı. Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.