İctimai şuraların səlahiyyətləri artırılır


Digərləri 12 Mar 2019 12:10:00 214 0

İctimai şuraların səlahiyyətləri artırılır

İctimai şuraların səlahiyyətləri genişləndirilir.

Son.az ONA-ya istinadən xəbər verir ki, bununla bağlı "İctimai iştirakçılıq haqqında" qanunun 1-ci maddəsinə (Əsas anlayışlar) dəyişiklik təklif olunur.   Dəyişikliyə görə, ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü sırasına hüquqi şəxslər əlavə edilir.   Bundan əlavə, ictimai şuraların səlahiyyətləri sırasına ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji qiymətləndirilməsi (SEQ) ilə bağlı ictimai dinləmə təşkil etmək səlahiyyəti daxil edilir.