Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər güllələnib


Digərləri 12 Mar 2019 12:15:00 231 0

Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər güllələnib

Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış hərbi hissələrdən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü müddətli hərbi xidmət hərbi qulluqçuçu Karen Karapetyanın meyiti tapılıb.

Onun hələ məlum olmayan şəraitdə aldığı güllə yaralarından öldüyü bildirilir.

Araşdırma aparılır.