"Bakcell" abunəçilərinə bayram sovqatı – PULSUZ 4G Internet


Digərləri 12 Mar 2019 11:00:00 162 0

"Bakcell" abunəçilərinə bayram sovqatı – PULSUZ 4G Internet

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti öz abunəçiləri üçün xüsusi bahar hədiyyəsi hazırlayıb.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti öz abunəçiləri üçün xüsusi bahar hədiyyəsi hazırlayıb. Novruz bayramı ərəfəsində Bakcell abunəçilərinə 4G şəbəkəsində istifadə üçün 1 Gb PULSUZ İnternet hədiyyə olunacaq. Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan “Novruz”a həsr olunmuş xüsusi kampaniya çərçivəsində “Mənim Bakcellim” mobil tətbiqetməsini “Google Play” və yaxud “Appstore”dan yükləyib qeydiyyatdan keçən hər bir Bakcell abunəçisi 1 Gb PULSUZ İnternet trafiki əldə edəcək. Qeyd edək ki hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq. Pulsuz İnternet 30 gün ərzində yalnız “Bakcell”in super sürətli 4G şəbəkəsində istifadə oluna bilər. Bu kampaniya sayəsində abunəçilər ölkənin ən sürətli və etibarlı 4G şəbəkəsini sınaqdan keçirəcəklər. Kampaniya aprel ayının 15-nə kimi davam edəcək.