131 milyon dollarlıq kokain ələ keçdi VİDEO FOTO


Dünya 12 Mar 2019 10:21:00 215 0

131 milyon dollarlıq kokain ələ keçdi  VİDEO  FOTO

ABŞ-ın Nyu-Cersi ştatındakı Nyu-Ark şəhərində ümumi çəkisi 1,6 ton olan kokain ələ keçib.

ABŞ-ın Federal Təhqiqat Bürosunun və Britaniya polisinin Cinayətkarlıqla Mübarizə Milli Bürosunun (The National Crime Agency, NCA) birgə hazırlayaraq reallaşdırdıqları əməliyyat nəticəsində aşkarlanmış bu kokain partiyasının "qara bazar"dakı dəyəri 131 milyon dollardır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 60 bağlamadakı kokain Nyu-Arkdan Rotterdama, oradan da Londona çatdırılmalıydı.

Londonda isə bu partiya 15 milyondan artıq "doza"ya bölünərək satışa çıxarılacaqdı.


Xəbərə aid fotolar