OnePlus 7nin qiyməti və texniki göstəriciləri bilindi


Digərləri 12 Mar 2019 08:35:00 319 0

OnePlus 7nin qiyməti və texniki göstəriciləri bilindi

OnePlus şirkəti özünün OnePlus 7 flaqman smartfonunun hələ heç təqdimat tarixini elan etməsə də, smartfon barəsində məlumatlar daimi şəkildə ortaya çıxır. Bir neçə müddət bundan öncə OneLeaks ləqəbi ilə tanınan məşhur insayder sözügedən flaqman smartfonunun dizaynını ortaya çıxartmışdı. İndi isə Giztop adlı online mağaza OnePlus 7 smartfonunun texniki göstərici və qiymət məlumatlarını təqdim edib. Bu barədə Gizchinasaytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, diqqətçil istifadəçilər əks olunmuş fotoya şübhə ilə yanaşa bilərlər. Belə ki, əks olunmuş fotodakı smartfon məhz OnePlus 6T modelidir. Həmçinin fotodakı smartfonun sağ tərəfində səssiz rejimə keçid düyməsi də yoxdur. Lakin təqdim olunmuş texniki göstəricilər çox inandırıcı görünürlər və əvvəlki məlumat sızıntıları ilə üst-üstə düşürlər.