Mey Brexit razılaşmasına dair sənədin dəyişdirilməsinə razılıq verdi


Dünya 12 Mar 2019 08:30:00 209 0

Mey Brexit razılaşmasına dair sənədin dəyişdirilməsinə razılıq verdi

Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə "Brexit"lə bağlı səsvermələrin gözlənildiyi ərəfədə Strasburqda Avropa Komissiyasının rəhbəri Yan-Klod Yunkerlə AB ilə olan müqavilənin mətnində dəyişikliklərin edilməsinə dair razılığa gəlib.

Son.az ONA.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin nazirlər kabinetinin icraçı direktoru Devid Lidinqton açıqlama verib.

Onun sözlərinə görə, hökumət parlamentarilərə iki yeni sənəd təqdim edəcək. Onlardan biri Aİ-nin Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı maneəsiz sərhədin təmin edilməsinə dair müdafiə mexanizmindən Böyük Britaniyaya qarşı "tələ" kimi istifadə etmədiyini təsdiq edəcək. İkincisi, tərəfləri 2020-ci ilin dekabrınadək "bekstop"u alternativ variantla əvəzləmək cəhdlərindən yayındırmağı nəzərdə tutur.