Abşeron polisi yeni tikilən evlərdən oğurluq edən şəxsləri yaxalayıb


Digərləri 12 Mar 2019 08:20:00 197 0

Abşeron polisi yeni tikilən evlərdən oğurluq edən şəxsləri yaxalayıb

Abşeron rayonunun Fatmayi kəndində evlərdən oğurluq edən usta saxlanılıb.

Son.az ONA.az-a istinadən xəbər verir ki, ev sahibi oğurluq edilməsi ilə bağlı polisə müracət edib.

Abşeron polisinin apardığı araşdırmalar nəticəsində yeni tikilən evdən orada usta işləyən 39 yaşlı Məmməd Əliyevin və onun 36 yaşlı dostu Natiq Şükürovun oğurluq etdiyi müəyyən olunub və dostlar  saxlanılıb.

Məlum olub ki, dostlar Abşeron rayonunda 5 mənzili soyub və əldə etdikləri əşyaları satıblar. İstintaqa ifadə verən zaman saxlanılan şəxslər günahlarını etiraf ediblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanılıb.