Fransa böyük texnoloji şirkətlər üçün əlavə vergi tətbiq edib


Digərləri 12 Mar 2019 07:01:00 221 0

Fransa böyük texnoloji şirkətlər üçün əlavə vergi tətbiq edib

Fransa hakimiyyəti "Google", "Facebook", "Amazon", "Microsoft" və "Apple" kimi iri texnoloji şirkətlərin yerli mədaxili üçün 3 faiz həcmində vergi tətbiq edib. Bu il yeni vergidən ölkə büdcəsinə daxilolmaların 400 milyon avro təşkil edəcəyi, 2022-ci ilədək isə 650 milyon avroya çatacağı nəzərdə tutulur.

Son.az ICTnews-a istinadən bildirir ki, 2019-cu ilin başlanğıc tarixindən etibarən tutulmağa başlayacaq vergini dünyada illik dövriyyəsi 750 milyon avro, Fransa üzrə 25 milyon avro təşkil edən şirkətlər ödəyəcəklər.

Verginin tətbiqi ilə bağlı planlar barədə yanvarda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer məlumat verib. O qeyd edib ki, Fransa hakimiyyəti şirkətlərin vergi ödənişlərindən yayınması ilə mübarizəni gücləndirəcək və beynəlxalq vergi qaydalarına yenidən baxılması təşəbbüsünü irəli sürəcək.