DTX: Bakıda məcburi eniş etmiş təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib


Digərləri 12 Mar 2019 00:02:00 259 0

DTX: Bakıda məcburi eniş etmiş təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib

Bakıda məcburi eniş etmiş təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib.

Son.az bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şəbəsinin yaydığı məlumatda deyilir.

Məlumatda deyilir: "2019-cu il mart ayının 11-də saat 14:15-də Azərbaycan Respublikasının hava məkanından keçməklə "Bəhreyn-Moskva" marşrutu üzrə üçüş edən Rusiya Federasiyasının "Uralskiye Avialinii" aviaşirkətinə məxsus "Aerobus 321" tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib.

Mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəiblər.