Alimdən sensasiyalı açıqlama: Tezdən oyanmaq insanları ölümə sürükləyir


Digərləri 11 Mar 2019 23:04:00 253 0

Alimdən sensasiyalı açıqlama: Tezdən oyanmaq insanları ölümə sürükləyir

Oksford Universitetinin Yuxu İnstitutunun professoru, neytobiloloq Pol Kelli bu günlərdə qəribə açıqlama ilə çıxış edib.

O, hesab edir ki, dərs və iş vaxtının tez başlaması insanlarda stress, depressiya oyatmaqla yanaşı müxtəlif xəstəliklərə səbəb olur.

Britaniyanın Bradford elm festivalında çıxış edən alim qeyd edib ki, insan ürəyi və qara ciyəri öz qanunlarına əsasən çalışırlar. Siz isə onları hər gün 2-3 saat tələsdirirsiniz. Orqanizmin bioritmini dəyişib vaxtından tez oyanmaq yanlış həyat tərzidir. Bizim orqanizmimiz öz fəaliyyətini Günəşə uyğun təmin edir. Siz isə bədəninizi süni şəkildə oyadaraq özünüzə ən böyük pislik etmiş olursunuz. İstənilən sahənin işçiləri səhər saat 10-dan tez işə gəlməməlidirlər. Cəmiyyətimizin, hətta planetimizin çağdaş insanı yuxusuzluqdan əziyyət çəkir. Ona görə də emosional vəziyyəti ürək açan deyil, bir sıra xəstəliklərdən əziyyət çəkir.