Qadının eyni gündə aldığı 30 lotereya biletinin hamısı uduşlu olub


Digərləri 11 Mar 2019 22:37:00 237 0

Qadının eyni gündə aldığı 30 lotereya biletinin hamısı uduşlu olub

Virciniya ştatının sakini Debora Braun yanacaqdoldurma stansiyasında 30 ədəd "Pick 4" lotereya bileti alıb və bu biletlərin hamısı uduşlu olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, biletlərin birinin dəyəri 1 dollar olub. Braun həmin biletlərin hamısında eyni rəqəmlər kombinasiyasını (1-0-3-1) yazmağı qərara alıb. İş belə gətirib ki, bu biletlərin hərəsi Brauna maksimal məbləğdə - 5 min dollar qazanc gətirib.