Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb


Digərləri 11 Mar 2019 21:43:30 212 0

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb

Bakı. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb. Mdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub. Sonra general-polkovnik N.Sadıkov Bolqarıstanlı həmkarı general Andrey Botsev ilə görüşüb.