Qəbələdə ölümlə nəticələnən yol qəzası ilə bağlı


Digərləri 11 Mar 2019 20:19:00 247 0

Qəbələdə ölümlə nəticələnən yol qəzası ilə bağlı

Bu gün Qəbələ rayon Məhkəməsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Nurlan Xəlilovun işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az xəbər verir ki, vəkil Əli Hüseynovun Trend-ə verdiyi məlumata görə, hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib və baxış iclası martın 27-nə təyin edilib.

Vəkil bildirib ki, iş üzrə cinayət işinin istintaqında nöqsanlara yol verilib:

"Mən və Eldəniz Quliyev təqsirləndirilən şəxsin vəkilləriyik. Bildiririk ki, cinayət işi üzrə Nurlan Xəlilov heç bir halda məsuliyyətə cəlb edilə bilməz, hadisədə onun heç bir günahı yoxdur və bu barədə videogörüntülər də var. Çalışacğıq ki, müvəkkilimizin günahsızlığını sübuta yetirək və ona bəraət hökmünün çıxarılmasına nail olaq".