Avtobuslar təhlükəsizlik yastığı ilə təchiz oluna bilər


Dünya 11 Mar 2019 17:29:00 195 0

Avtobuslar təhlükəsizlik yastığı ilə təchiz oluna bilər

Rusiyanın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi sərnişin avtobuslarını təhlükəsizlik yastıqları ilə təchiz etməyi təklif edir.

Son.az Trend-ə istinadən bildirir ki, qurumda hesab edirlər ki, təhlükəsizlik kəmərləri sərnişinlərin yol-nəqliyyat hadisələrinin ağır nəticələrindən qorunması üçün kifayət etmir.

Həmçinin avtobuslarda karkasın möhkəmləndirilməsi və oturacaqların bərkidilməsinin vacibliyi bildirilir.