“Türk Hava Yolları” satılır? - Şirkətdən RƏSMİ CAVAB


Digərləri 11 Mar 2019 17:13:00 222 0

“Türk Hava Yolları” satılır? - Şirkətdən RƏSMİ CAVAB

“Türk Hava Yolları” aviaşirkətinin satışa çıxarılması barədə xəbərlər tamamilə əsassızdır

Bakı. Rufiz Hafizoğlu - “Türk Hava Yolları” aviaşirkətinin satışa çıxarılması barədə xəbərlər tamamilə əsassızdır. Trend-in məlumatına görə, bunu “Twitter” səhifəsində şirkətin mətbuat katibi Yahya Üstün yazıb. Onun sözlərinə görə, şirkətin, eləcə də şirkətin hər hansı bir payının satışı barədə məsələ müzakirə olunmur.