Azərbaycan əsilli milyarderlərin obyektində axtarış


Digərləri 11 Mar 2019 17:09:00 277 0

Azərbaycan əsilli milyarderlərin obyektində axtarış

Hüquq-mühafizə orqanları Rusiyanın paytaxtı Moskvada "Sadovod" bazarı və "Moskva" ticarət mərkəzində axtarışlar aparır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks"a vəziyyət barədə məlumatlı mənbə məlumat verib. 

"Reydlər gecə saat 3 radələrindən Moskvanın cənub-şərqində yerləşən "Sadovod" bazarı və "Moskva" ticarət mərkəzində aparılır. Obyektlər mərkəzi polis və Miqrasiya Polisinin əməkdaşları tərəfindən mühasirəyə alınıb",- deyə mənbə bildirib.

Onun sözlərinə görə, reydlərə səbəb ya ötən gün paytaxt ərazisində miqrantlarla baş vermiş qarşıdurma, yaxud da bazarların ərazisində kriptovalyuta fermaların mövcudluğu ola bilər. 


Xəbərə aid foto