Görkəmli dilçi alim, türkoloq və ictimai xadim Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər


Digərləri 11 Mar 2019 16:00:00 253 0

Görkəmli dilçi alim, türkoloq və ictimai xadim Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türkologiyamızın Afad Qurbanovu" kitabının geniş təqdimatı keçirilmişdir

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, 80-cı illərdə həmin universitetinin rektoru və Azərbaycan Əlifba Komissiyasının sədri Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

Tədbir zamanı Azərbaycanın tanınmış dilçi alimi, ADPU-nun "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasının sabiq müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin öz müəlliminə həsr etdiyi və nəfis şəkildə nəşr etdirdiyi "Türkologiyamızın Afad Qurbanovu" monoqrafiyasının təqdimatı keçirilmişdir.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak etmişlər.


Xəbərə aid fotolar