Zaur müğənnilərin adına saxta sənəd çıxardı


Digərləri 11 Mar 2019 14:33:00 239 0

Zaur müğənnilərin adına saxta sənəd çıxardı

Aparıcı Zaur Kamal yeni layihəsi ilə tamaşaçıların qarşısına çıxıb.

Son.az xəbər verir ki, onun qonağı əkiz bacılar olublar.

Aparıcı Zaur Kamal Sevil-Sevinc arasında 1 il fərq olduğunu "Bildiyimə görə, siz əkiz deyilsiniz. Aranızda bir il fərqiniz var, istəsəniz göstərə bilərik. Bir yerə sənəd verərkən bu fakt ortaya çıxıb" sözləri ilə bacıların şəxsiyyətlərini təsdiq edən sənəd olduğunu iddia etdiyi şəxsiyyət vəsiqəsini efirdə göstərib.

Aparıcının bu iddiasına bacılar "Anam deyir ki, bir yumurta əkizisiniz. Bu nətəri olur?! Bu nədir, haradan tapmısınız bilmirəm. Bizim aramızda 2 dəqiqə fərq var. Onu kim edib, necə edib bilmirəm. Yəqin ki, saxtadır. Amma öz sənədlərim üstümdədir" cavabını veriblər. Sonra bacılar çantalarndan şəxsiyyət vəsiqələrini çıxarıb aparıcıya təqdim ediblər:


Xəbərə aid fotolar