Akrobatlarımız Portuqaliyada 3-cü oldu


Digərləri 11 Mar 2019 12:50:41 299 0

Akrobatlarımız Portuqaliyada 3-cü oldu

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb.

Bakı. Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu kubok 2019-cu ildə yığma komandamızın qatıldığı ilk turnir olsa da, gimnastlarımız mövsümə uğurla start verib. Belə ki, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi turniri bürünc medalla başa vurublar. Birinci pillədə Rusiya, ikinci yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar. Digər qarışıq cütlüyümüz Nurcan Cabbarlı və Ağasif Rəhimov isə finala adlaya bilməyiblər.