Keçmiş məhkum bacısını bıçaqladı Bakıda


Digərləri 11 Mar 2019 12:37:00 240 0

Keçmiş məhkum bacısını bıçaqladı  Bakıda

Bakıda bacısını bıçaqlayan şəxs tutulub. 

DİN-dən Son.az-a verilən məlumata görə, hadisə martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb. 

Belə ki, həmin qəsəbədə yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılır.