Ən çox silah satan ölkələr məlum oldu


Dünya 11 Mar 2019 09:56:00 207 0

Ən çox silah satan ölkələr məlum oldu

2014-2018-ci illər ərzində dünyanın aparıcı silah ixracatçıları əvvəlki illərdə olduğu kimi, Rusiya və ABŞ-dır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh problemlərinin Tədqiqatı İnstitutunun hesabatında qeyd olunur. Hesabatı TASS dərc edib.

Sənədə görə, qlobal silah satışı həcmi əvvəlki beşilliklə müqayisədə, 7, 8 faiz artıb.

Bu həcmin 75 faizi ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür. Rusiya və ABŞ birlikdə satış həcminin 57 faizinə cavab verir.