Taylandda 15 partlayış baş verib


Dünya 10 Mar 2019 22:30:00 208 0

Taylandda 15 partlayış baş verib

Taylandda kütləvi partlayışlar baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Pxattalunq əyalətində naməlum şəxslər tərəfindən 15 bomba partladılıb. Onlardan biri polis məntəqəsi, daha ikisi ərzaq mağazası yaxınlığında işə salınıb. Daha bir neçəsi isə tapılaraq zərərsizləşdirilib. 

Partlayış nəticəsində bəzi binalara ziyan dəyib.