Yol qəzası olub, xəsarət alan var


Digərləri 10 Mar 2019 21:45:00 234 0

Yol qəzası olub, xəsarət alan var

Salyan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə axşam saatlarında Çuxanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Novruzov Tacəddin Vilayət oğlu idarə etdiyi "Jiqulu" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın digər avtomobilə çırpılıb. T.Növruzov hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.