İŞİDə öldürücü zərbə:


Dünya 10 Mar 2019 17:49:00 242 0

İŞİDə öldürücü zərbə:

Türk hakerlərdən ibarət Aslan Nəfərlər Dəstəsi İŞİD-ə məxsus "İslamicstate.gq" adlı internet saytına haker hücumu təşkil edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, məlumat bazasının ələ keçirildiyini görən terrorçuların saytı bağlamasına baxmayaraq, türk hakerlər bütün informasiyanı götürməyə müvəffəq olublar.

Saytda minlərlə məlumatı ələ keçirən hakerlər çoxlu sayda terrorçunu deşifrə edib. Terrorçuların telefon danışıqları, coğrafi koordinatları, kamera görüntüləri, Teleqram, Votsap danışıqları, şəkilləri, Tvitter yazışmaları, şəxsiyyət vəsiqələri, kredit kartları məlumatları və İP nömrələri ələ keçirilib.