Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb (VİDEO)


Digərləri 10 Mar 2019 15:33:00 207 0

Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb (VİDEO)

Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb.

Bakı. Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb. Trend-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib. Məzunlar adından çıxış edən kurs birincisi müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Ramin Abdullayev bildirib ki, real döyüş əməliyyatlarına yaxın təşkil edilmiş məşğələlərdə qazandığımız təcrübələr nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq. Türkiyə Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu piyada qədəmli baş çavuş Murad Bayraqdar kursda qazanılan nəaliyyətlərdən danışıb. Bildirilib ki, kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə ən çətin atışlar icra edilib.